Sarkisyan Medvedevə ən böyük rüşvəti təklif etdi, lakin

Leyla Məhərrəmova / AZADİNFORM. Ümummilli lider Heydər Əliyev Rusiya ilə münasibətlərin inkişafında maraqlı olsa da, Dağlıq Qarabağ məsələsində Moskvaya inanmayıb. O, ATƏT-in Minsk qrupunda həmsədr postunda 3 diplomatın olmasının təşəbbüskarıdır.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Fransa dövlət olaraq Minsk qrupunda təmsilçi deyil. Fransaya bu səlahiyyət Avropa İttifaqı tərəfindən verilib. Politoloq həmçinin münaqişənin həlli ilə bağlı irəli sürülən təkliflərdən də danışıb. O  qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin paket həlli variantına Azərbaycan etiraz etdi. Sonra isə mərhələli həll planı təklif edildi, buna Ermənistan etiraz etdi. Politoloq həmçinin əlavə edib ki, 2007-ci ildən bu yana münaqişənin həlli ilə bağlı hər hansı təklif ortaya çıxıbsa, orada Dağlıq Qarabağa “dövlət” kimi yanaşılmayıb. M. Əhmədoğlu Rusiyanın sabiq prezidenti Dmitri Medvedev tərəfindən hazırlanan Yenilənmiş Madrid Prinsiplərinin əhəmiyyətindən də danışıb. O qeyd edib ki, Medvedev tərəfindən hazırlanan sənədi Minsk qrupuna həmsədr digər 2 dövlətin prezidentləri də imzaladı, lakin sənədi Ağ Ev yaydı: “Ermənilər isə buna etiraz etdi. Sonra isə həmsədrlərin təzyiqi ilə Ermənistan bu sənədi müzakirə etməyə razı oldu. Ermənistan prezidenti Serj Sarkisyan nə qədər çalışdı ki, Medvedev mövqeyini dəyişsin, amma dəyişmədi. Sarkisyan hətta Medvedevə ən böyük rüşvəti təklif etdi. Belə ki, Medvedevə Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin 25 il uzadılması təklif edildi. Medvedev bu  məsələ ilə bağlı anlaşmanı imzalasa da, Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini dəyişmədi”.

Politoloq həmçinin Kazan sənədlərinin də mahiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev sözügedən sənəddə 10 dəyişik etdi, lakin Ermənistan bunu qəbul etmədi. Ermənistan bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev 10 dəyişikliyi geri çəkməyənə qədər ermənilər danışıqlar masası arxasında oturmayacaq. Lakin onlar bu sözlərini cəmi iki il tutdu”.

19.10.2017 13:30 / Baxılıb: 477 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo