Dövlət büdcəsində 738,6 milyon manat kəsir yaranıb

Samir Soltanov/AZADİNFORM. Cari ilin 9 ayında dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranıb. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
Bundan başqa, cari ilin 9 ayında icmal büdcənin gəlirləri 17586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16972,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.

19.10.2017 12:42 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo