Kataloniya və İraqdakı referendumlarla Dağlıq Qarabağdakı referendumun fərqi nədir?

Leyla Məhərrəmova / AZADİNFORM. Fakt olaraq Kataloniya və İraq Kürdüstanında keçirilən referendumları Dağlıq Qarabağda keçirilən referendumlarla müqayisə etmək olmaz.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, katalonlar və kürdlər heç kimi qovub sonra referendum keçirməyib. Lakin ermənilər Dağlıq Qarabağda yaşayan azərbaycanlıları deportasiya etdikdən sonra 1991-ci "referendum" keçirdilər.

Politoloq həmçinin vurğulayıb ki, Kataloniya və Kürdüstanda keçirilən referendumdan sonra dünya dövlətləri İspaniya və İraqın ərazi bütövlüyünə dəstək verdiklərini bildirdilər.

19.10.2017 12:34 / Baxılıb: 358 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo