Necdət Ünüvar: CHP-li deputatların AŞPA-da Azərbaycan əleyhinə səs vermələri üzücüdür

Fidan Afər/AZADİNFORM. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AKP Adana millət vəkili prof. dr. Necdet Ünüvar Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) CHP millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməsini pisləyib. 

Azadinform xəbər verir ki, o, bu vəziyyətin, iki qardaş ölkə arasındakı münasibətlərə əsla xələl gətirməyəcəyini bildirib. 

N.Ünüvar  açıqlamasında 18 oktyabrda müstəqilliyinin 26-cı ilini qeyd edən Azərbaycan xalqının qürurunu, sevincini və xoşbəxtliyini könüldən bölüşdüyünü ifadə edib: “Azərbaycan xalqının iqtisadi, sosial və demokratik nailiyyətləri çox artıb. Ancaq, Azərbaycanın güclənməsini çəkə bilməyənlər zamanla ölkəni ifşa edirlər. Ən son nümunəsini də ötən həftə AŞPA Baş Məclisində gördük. AŞPA Baş Məclisində haqsız və dəxilsiz iddialarla bağlı səsvermədə bəzi CHP-li üzvlər də təəssüf ki, Azərbaycan əleyhinə səs veriblər. Türkiyə və Azərbaycan, bütün beynəlxalq qurum və təşkilatlarda tam bir qardaşlıq duyğusu içərisində hərəkət edərkən, AŞPA-da nümayəndə heyətimizin CHP-li üzvlərinin, Türkiyə və Azərbaycana qarşı münasibətlərdə qərəzli fikirlərin əvvəldən bəri məlum olduğu bir şəraitdə, qardaş Azərbaycana dair məzmunu müzakirə ediləcək bir hesabatın lehinə səs vermələri son dərəcə kədərli bir vəziyyət yaratdı”.

Azərbaycanın Avropa Şurasına üzv olmasından, xüsusilə də Türkiyədə AKP-nin hakimiyyətə gəlişindən sonra  Türkiyə və Azərbaycanın beynəlxalq arenada daim həmrəylik içində hərəkət etdiyini vurğulayan Ünüvar deyib: "Bu gün Türkiyə ilə Azərbaycanın əlaqələri mükəmməldir. Bu mükəmməl əlaqələri təmin edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti cənab İlham Əliyevə, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olaraq iki ölkə adından minnətdarlığımı bildirirəm". 

N.Ünüvar əlavə edib: "Azərbaycanın əleyhinə səs verənlər, qardaş ölkənin bugünkü sosial və demokratik inkişafının fərqində olsaydılar əminəm ki, belə davranmayacaqdılar".

N.Ünüvar bildirib ki, Azərbaycanın 26-cı Müstəqillik Gününü bayram etdiyimiz bu günlərdə, Azərbaycan əleyhinə səs verənlərin bu mövqeyi iki qardaş ölkə arasındakı münasibətlərə əsla xələl gətirməyəcək: “Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan haqqında keçiriləcək görüşlərdə qardaş həmrəyliyinin ən gözəl örnəklərini görəcəyimizə əminəm. AKP olaraq, hər platformada, daim Azərbaycanın yanında olmuşuq, olmağa davam edəcəyik".

19.10.2017 12:14 / Baxılıb: 427 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo