Nazirlik: Dövlət büdcəsinin xərcləri 100,7 faiz icra olunub

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3 faiz çoxdur. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8 faiz çoxdur. 

Cari ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib. 
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 mln. manat icra olunub.

19.10.2017 12:10 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo