Bu festival gənclər üçün daha çox iş yeri deməkdir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan keçmiş sovet ölkələri arasında kifayət qədər inkişaf etmiş dövlətdir”. 

Azadinform xəbər verir ki, bu sözləri Qambiyanın Radio və Televiziya Xidmətinin direktoru Ebrima Silla Bakı Şopinq Festivalının saytına (www.bakushopfest.com) müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkəyə gələn çoxsaylı turistlər mineral və digər təbii sərvətlərə edilən sərmayədən, həmçinin sülh və sabitlikdən qaynaqlanan inkişafın şahidi olacaqlar. 
E. Silla qeyd edib ki, turizmin inkişafı sayəsində Azərbaycan bütün dünyaya açılacaq: “Şopinq Festival kimi tədbirlər Azərbaycanın böyük iqtisadi potensiallı ölkə kimi tanınmasına şərait yaradacaq. Bu festival ölkəyə çoxsaylı turist və investorun cəlb olunmasına da təkan verəcək ki, bu da öz növbəsində ölkəyə daha çox xarici valyutanın axması və gənclər üçün daha çox iş yeri deməkdir. Bütün bunlar ölkənin həm regionda, həm da ümumilikdə dünyadakı strateji maraqları baxımındın çox önəmlidir”.

19.10.2017 11:58 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo