Dövlət büdcəsinin mədaxili 12045,1 milyon manat olub

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur.  

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur. 
Həmin vəsaitin 73,2 faizi və ya 3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 
2017-ci ilin 9 ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9 faiz çoxdur. 
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0 faiz azdır. 
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9 faiz çoxdur.  
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub. 
2017-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.

19.10.2017 11:48 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo