"Qarabağ" 10 nəfərlə tarix yazdı" Türkiyə mətbuatı

Samir Soltanov/AZADİNFORM. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə qolsuz heç-heçə etdiyi oyun Türkiyə mətbuatının gündəminə düşüb. 

Azadinform xəbər verir ki, ölkənin bir çox mətbuat orqanında "Qarabağ"ın “Atletiko”ya qarşı apardığı mübarizədən yazıb. 

"NTV Spor" telekanalının saytı "Bakıda tarixi axşam", "CNN Türk"ün saytı "Qarabağ" ilk xalını "Atletiko"dan aldı", "Ajansspor" agentliyi "Qarabağ"dan tarixi xal", "Goal.com"un Türkiyə versiyası "Qarabağ" 10 nəfərlə tarix yazdı" başlıqlı xəbərlər dərc edib. 
Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə matçın son 15 dəqiqəsini 10 nəfərlə keçirməsinə baxmayaraq, qapısını toxunulmaz saxlayıb. 

19.10.2017 10:35 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo