WhatsApp istifadəçiləri olduqları yeri real vaxt rejimində paylaşa biləcəklər

“WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. 

Məlumata görə, “Live Location” adlanan funksiya servisin hazırkı sahibi – “Facebook” şirkətindən götürülüb.

Yeni funksiyadan yaxın vaxtlarda həm “iOS”, həm də “Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı “Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

“WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrələməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

19.10.2017 10:15 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo