Azərbaycan yığmasının heyəti açıqlandı

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından Azadinform-a verilən məlumata görə, oktyabrın 21-də start götürəcək yarışa milli tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

Bunlar Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevdir (+91 kq). 

Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığma ertəsi gün Antalyaya yollanacaq. Səkkiz gün davam edəcək Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.

Qeyd edək ki, yarışda Azərbaycanı 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.

18.10.2017 23:58 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo