Hadisə keçmiş sevgilisinə döndü

Müğənni Hadisənin iş adamı Hakan Sabancı ilə sevgili olması yenidən gündəmə gəlib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” verilişinin aparıcısı Cengiz Semercioğlu bildirib.

Onun sözlərinə əsasən, cütlük ötən gecə restoranlardan birində səmimi şəkildə görüntülənib.

Xatırladaq ki, Hakan bu yaxınlarda eşq yaşadığı stilist Eliz Sakuçoğlu ilə münasibətinə son qoyub. Cütlük cəmi 3 həftə birlikdə olub. Bir-birlərini sosial şəbəkədə də izləməyi dayandıran Eliz İnstaqram səhifəsində Ajda Pekkanın mahnısından “Özümü saxladım görməyi bilənlərə” sözlərini paylaşıb. 

Qeyd edək ki, Hadisə ilə Sabancının ötən ilin sonları eşq yaşadığı bildirilirdi. Hadisə iş adamının doğum gününə qatılıb və orada “Ölürüm sana” mahnısını ifa edib.

18.10.2017 23:46 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo