Qurban Qurbanov: Bunun futbolçularımıza böyük faydası olacaq

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”.

Azadinform-un məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: “Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

18.10.2017 23:24 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo