AİF 25 mln. manatlıq istiqraz buraxır

Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Azadinform-a verilən məlumata görə, istiqrazlar 1003,50 manat qiyməti ilə satışa çıxarılacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

18.10.2017 22:28 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo