Rüstəm Məmmədov: “Qərb artıq İranı qəbul etmir, Bakı buna nə etsin?”

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycan İranla Qərb dünyası arasındakı ziddiyyətlərin daha da dərinləşməsinə yol verməməyə çalışır. Lakin təəssüf doğuran vəziyyət o yerə çatıb ki, Qərb artıq İranı qəbul etmir. Bakı buna nə etsin?”. Bunları “Azadinform”a açıqlamasında politoloq Rüstəm Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan üçün də, Qərblə İran arasında ziddiyyətlərin hərbi əməliyyatlara keçməsi heç arzu olunan deyil. “Amma bu arada bir məsələ təəssüf doğurur ki, Qərb dünyası ilə ədavətin aparılması İran dövlətinin artıq əsas ideologiyasına çevrilib. Belə bir ideologiya öz növbəsində İran cəmiyyətinin tənəzzülünə xidmət edir, hansı ki, artıq baş verir”-deyə R.Məmmədov vurğulayıb.
Ekspert deyib ki, Azərbaycan belə bir vəziyyətdə Qərb dünyası ilə İran arasında tarazlaşdırılmış rola malikdir. “Rəsmi Bakının yeganə siyasi xətti balansı pozmamağa çalışmaqdır”-deyə o əlavə edib.

25.01.2012 15:17 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo