AMB-nin notlarına tələb təklifdən 4 dəfə çox olub

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor ümumi məbləği 422 489 700 manat, qiyməti isə 99,2278 manat (10,01%) olan 20 sifariş təqdim edib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti bu qədər müəyyən olunub. Qiymətli kağızların hamısı satılıb.

Notların ödəmə tarixi 15 noyabr 2017-ci ildir. 

18.10.2017 20:58 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo