Kataloniya böhranı İspaniyaya 12 mlrd. avroya başa gələ bilər

Kataloniya böhranı 2018-ci ildə İspaniya iqtisadiyyatına 12 mlrd. avro (14 mlrd. dollar) zərər vura bilər. 

Azadinform İspaniyanın "El Pais" qəzetinə istinadən xəbər verir ki, bunu Fiskal Məsuliyyət üzrə Müstəqil Orqan verib.

Orqanın məlumatına görə, İspaniyanın ÜDM-i 2018-ci ildə 0,4-1,2% azala bilər ki, bu da 4-12 mlrd. avro (4,7-14 mlrd. dollar) itkiyə bərabərdir. Qeyd edək ki, Kataloniya İspaniya ÜDM-nin 20%-ni istehsal edir. Əvvəlki proqnozlarda İspaniya iqtisadiyyatının 2018-ci ildə 2,7% artacağı bildirilirdi.

Xatırladaq ki, rəsmi Madrid Kataloniya muxtariyyətinin rəhbərliyindən oktyabrın 19-u, Bakı vaxtı ilə saat 12:00-a qədər onun müstəqilliklə bağlı sorğusuna cavab verməsini istəyib. Əks halda, Madrid Konstitusiyanın 155-ci maddəsini tətbiq edərək Kataloniya muxtariyyətini məhdudlaşdıra bilər.

18.10.2017 20:21 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo