Avropa İttifaqının binasında yenə təhlükəli anlar yaşandı

Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında baş verən tüstülənmə nəticəsində əməkdaşlar zəhərlənib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın oktyabrın 18-də yaydığı bəyanatda vurğulanıb.

İşçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib.

Hadisə binanın mətbəxində ventilyasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən baş verib.

Qeyd edək ki, oktyabrın 19-20-də bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək. Oktyabrın 13-də də Aİ-nin bu binasında eyni yerdə və eyni səbəbdən tüstülənmə baş vermişdi. 

18.10.2017 20:09 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo