"Ofeliya" qasırğası özü ilə çirkli yağış gətirdi

Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.

Azadinform-un Estoniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib. Bu səbəbdən ölkə ərazisində çirkli yağış müşahidə olunub.

Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.

Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.

Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır. 

18.10.2017 19:32 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo