Heydər Əliyev adına AAHM-i Vyetnamın dövlət mükafatlarına layiq görülüb - Foto

Samir Soltanov/AZADİNFORM. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam Sosialist Respublikası üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin hazırkı komandanı kontr-admiral Fam Xoay Nam və hərbi dənizçilərinin bir qismi də AAHM-nin məzunları olublar.

18.10.2017 17:55 / Baxılıb: 108 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.05.2018
22.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo