Silahlı Qüvvələrimizdə Dövlət Müstəqilliyi Günü qeyd edilir Fotolar

Samir Soltanov/AZADİNFORM. Ölkəmizin bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrimizdə də Dövlət Müstəqilliyi Günü qeyd edilir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə müxtəlif hərbi hissələrdə keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

Çıxış edənlər qeyd olunan tarix haqqında xatirələrini bölüşərək məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisinin Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardığını şəxsi heyətə çatdırıblar. 
Bildirilib ki, Ulu Öndər ölkədə xaosu, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı, yeni Silahlı Qüvvələrin formalaşmasının əsasını qoydu, dövlətimizin müstəqilliyinin əbədi və dönməz olmasını təmin etmək məqsədilə ölkəmizin möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutmasına nail oldu. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. 
Hərbi hissələrdə keçirilən tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi şəxsi heyətə maraqlı konsert proqramları təqdim edib.

18.10.2017 17:28 / Baxılıb: 50 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo