Bakıda İnnovasiya ekosisteminin qurulması adlı seminar keçiriləcək

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçiriləcək.

Təhsil Nazirliyindən Azadinform-a verilən məlumata görə, 19-21 oktyabr tarixlərində təşkil ediləcək “Innovasiya ekosisteminin qurulması” adlı seminarın keçirilməsində məqsəd müvafiq dövlət qurumları və özəl sektor nümayyəndələrilə birgə innovasiya ekosisteminin qurulması üzrə fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

Seminarı Global Innovation Catalyst şirkəti, Berkeley Kaliforniya Universiteti və Stanford Universitetindən dəvət olunmuş mütəxəssislər aparacaqlar. Tədbirin iştirakçıları qismində müxtəlif nazirliklər, komitələr və digər dövlət qurumlarının üzvləri, eyni zamanda, özəl sektor nümayəndələri nəzərdə tutulur. Seminar nəticəsində iştirakçılar sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik-əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üç illik fəaliyyət planı hazırlaya biləcəklər. Üç gün davam edəcək tədbirin ilk günü Bulvar Hotel-də, növbəti iki günü isə Bakı Mühəndislik Universitetində keçiriləcək.

Tədbir Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən təşkil olunur.

Baş sponsor qismində Kapital Bank, sponsorlar qismində Azərbaycan İnvestisiya Şirkəti, Azİntelekom MMC və AMEA Yüksək Texnologiyalar parkı iştirak edirlər.

18.10.2017 17:37 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo