"Qarabağ" azarkeşlərinə avtobus ayırdı

Samir Soltanov/AZADİNFORM. "Qarabağ" klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" komandasını qəbul edəcək. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün "Qarabağ" Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqqında razılığa gəlib. 
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında "20 Yanvar", "28 May" və "Qara Qarayev" metro stansiyalarına ödənişsiz olaraq azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq. 
Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.

18.10.2017 17:05 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo