Kərkükdə sənin nə işin var? Ərdoğan

Ləman Hüseynzadə / AZADİNFORM. “Şimal İraq Rəhbərliyi ilə birlikdə illərlə çox gözəl iş birliyi qurduq. Maliyyə baxımından zəiflədilər, “məmurlarımızın əmək haqqını ödəyə bilmirik” dedilər. Bizdən kredit istədilər və biz ciddi şəkildə kredit verdik”.

Azadinform xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bu gün Türkiyə niyə sərhəd qapısını bağlayır? Bu sualın cavabını İraq Regional Rəhbərliyi verməlidir. Bu məsələni bu yerə gətirən biz deyilik, onlardı. Ayağa qalxıb “Kərkük mənimdir” deyir. Sən hansı haqla bunu deyirsən? Nə işin var sənin Kərkükdə? Lazım olanda bir gecə anidən gələcəyik. İdlibdə etdikmi? Etdik. Bundan sonra da edərik. Söyləyə-söyləyə yox, bir gecə anidən gəlirlər”. 

“Biz mərkəzi rəhbərliyə ehtiyacları göndərəcəyik”, - deyən Türkiyə prezidenti əlavə edib ki, rəhbərlik Şimali İraqa köməklik edəcək: “Xalqdan da istəyirik ki, onlara lazımi dərsi versinlər. Kürd qardaşlarımızın da qısa zamanda öz gələcəkləri üçün ən düzgün qərarı verəcəklərinə inanıram. Yox, əgər terroristləri müdafiə edəcək olarsanız burada yollarımız ayrılır”.

Ərdoğan bildirib ki, Türkiyə ətrafda yaşanan bütün xaosun, qarışıqlığın öhdəsindən gələ biləcək gücə sahibdir: “Son terroristə qarşı mübarizəmiz davam edəcək. Sonuna qədər bu mübarizəni davam etdirəcəyik”.

18.10.2017 17:00 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo