Rusiyalı ekspertdən Qarabağda müharibə proqnozu

Leyla Məhərrəmova / AZADİNFORM. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələyə daxil olub və müharibə baş vermə ehtimalı yüksəkdir.

Azadinform xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Qriqori Trofimçuk tert.am-a açıqlamasında deyib. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən danışan ekspert vurğulayıb ki, ən vacib məqam ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şeferin görüşdə iştirak etməsi idi. Trofimçuk deyib ki, dialoqdan nəticəni o zaman gözləmək olar ki, təmas xəttində atəşkəsin pozulması halları sona çatsın: “Müharibə istisna deyil, xüsusilə də aprel döyüşləri çoxlu itkiyə səbəb oldu. Təmas xəttində müharibə davam edir. İndi minlərlə ölü olmasa da, bu o demək deyil ki, biz müharibə ilə üz-üzə deyilik”.

18.10.2017 15:30 / Baxılıb: 514 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo