Türkiyə təzyiqlərə boyun əyməz Çavuşoğlu

Ləman Hüseynzadə / AZADİNFORM. “Qəbul edə biləcəyimiz, qanunlarımıza, Konstitusiyamıza və müstəqilliyimizə uyğun bir şey olduğu halda təbii ki, birlikdə çalışacağıq. Amma Türkiyə təzyiqlərə boyun əyməz, ya da qəbul edə bilməyəcəyimiz şərtləri əvvəlcədən ləğv edərik. Birlikdə çalışa bilərik, ancaq Türkiyədə müstəqil bir məhkəmə mövcuddur”.

Azadinform xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ nümayəndə heyəti ilə viza məsələsində keçiriləcək görüşlərlə bağlı deyib.

Bundan əlavə, Çavuşoğlu Şimali İraqda baş verənlərə də münasibət bildirib: “İraq Regional Rəhbərliyi səhv etdi və bizim tövsiyələrimizi eşitmədi. Halbuki indi qarşılaşdıqları problemlərin olacağını biz zamanında özlərinə demişdik. Kürdləri birləşdirəcəyini fikirləşdi, amma tamamilə əksi oldu, İraqda kürdləri təəssüflər ki, böldü. Hazırda böyük bir xaos, qarışıqlıq var”.

18.10.2017 15:25 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo