Robert Prosineçki bu gün yığmadan ayrılacaq

Milimizin baş məşqçisi Robert Prosineçki bu gün yığmadan ayrılacaq. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssisin "Kayserispor"da köməkçisi olduğu Alp Çağlar bildirib. O qeyd edib ki, bir dönəm Prosineçki ilə “Bursaspor” ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün yığmadan getmədi. İndi isə müqaviləsinin müddəti bitir. Sabah (bu gün – red.) Bakıya gedəcək və millidən ayrılacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib, Azərbaycandan ayrılacaq”. 

O bildirib ki, üç gün əvvəl İngiltərədə olan “Trabzonspor”un prezidenti Muharrem Usta Prosineçki üçün danışıqlara başlayıb: “Prezident İngiltərədə olan AFFA-nın səlahiyyətli nümayəndələrindən biri vasitəsilə məşqçi ilə əlaqə saxlamışdı. O, Prosineçkiyə “çərşənbə günü gəl, ertəsi gün məşqə çıx, həftəsonu da komandanı oyuna çıxar”, deyib. Baş məşqçi isə "heç vaxt tələsik iş görmərəm, üz-üzə görüşmək lazımdır. Bunlar telefonla danışılacaq məsələ deyil”, deyib və əsəbiləşib. Ardından bəzi menecerlər vasitəsilə də ona təklif göndəriblər”. 
A. Çağlar "Trabzonspor"un ona  zəng vurub, baş məşqçini razı salmağını istədiklərini söyləyib: "Mən də Prosineçki ilə əlaqə saxlayıb, yanlış anlaşma olduğunu dedim və onu razı saldım. O, mənə “bunlar peşəkar deyillər, həvəskar davranırlar. Telefonda pul söhbəti etməzlər. Vaxt versinlər, işlərimi həll edim, ətraflı şəkildə danışıq apararıq” dedi. Bu sözləri “Trabzonspor” rəhbərliyinə çatdırdım, onlar vaxt verəcəklərini bildirdilər. Oktyabrın 19-dək gözləyəcəklər. Bəzi “Trabzonspor” rəsmiləri “Prosineçki çox pul istədi, anlaşa bilmədik”, kimi açıqlamalar verirlər. Bu, doğru məlumat deyil, çünki pul məsələsi danışılmayıb". A.Çağların sözlərinə görə, Prosineçkiyə bir çox millidən təklif gəlib: “Xorvatiya da daxil olmaqla, 5 millidən təklif alıb. Ancaq o, artıq yığma çalışdırmaq istəmir. “Kayserispor”dan pul almamış ayrılmışdı. Pulu problemə çevirən adam deyil. “Kayserispor”dan uğurlu olduğu vaxt niyə ayrıldığını söyləyim. 3 oyunçu transfer etmək istəmişdi. Amma Süleyman Hurma öz istədiklərini gətirdi, bəzilərini də göndərdi. Ardından toplanış yerini dəyişdi. Prosineçki iki dəfə istefa verdi. Bələdiyyə sədri araya girərək, onu fikrindən daşındırmışdı. Ancaq Hurmanın xasiyyəti dəyişmədiyi üçün komandadan ayrıldı. Ardından “Beşiktaş”a keçməyə çox yaxın olsa da, Ahmet Özen buna mane olmuşdu”. 
A.Çağlar Prosineçkinin danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamığını bildirib: "O, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib”.

18.10.2017 10:45 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo