Ölkəyə soyuq silahın keçirilməsinin qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb. Bildirilir ki, yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

18.10.2017 10:10 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo