Əhməd Davudoğlu: “Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək”

AZADİNFORM. Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Danışıqlarda İranla bağlı yaranmış vəziyyət müzakirə edilib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ə.Davudoğlu «Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək» deyib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq, İran və Suriya problemləri, QİƏT çərçivəsində əməkdaşlıq, terrorizmlə birgə mübarizə və digər məsələlər müzakirə olunub. Hər iki ölkə bu problemlərin həlli istiqamətlərində səylərini gücləndirmək qərarına gəliblər. Görüşün sonunda yekun Bəyannamə imzalanıb.

25.01.2012 14:52 / Baxılıb: 38 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo