Bakı Şopinq Festivalı Litva mətbuatında

Samir Soltanov/AZADİNFORM. Litvanın “Slaptai.lt” saytında Bakı Şopinq Festivalı barədə “Azərbaycan turizmin inkişafına yönəlib” başlıqlı məqalə dərc olunub. 

Azadinform xəbər verir ki, litvalı jurnalist Leonas Yurşa yazır ki, turizm  dünya iqtisadiyyatının ən perspektivli, dinamik və gəlirli sahəsidir. İndi bu fakt Azərbaycanda daha böyük önəm qazanmaqdadır. 
Məqalədə qeyd olunur ki, son illər Azərbaycanda  bu sektora böyük diqqət yönəlib. Dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub və bunun üçün bütün imkanlar var: “Azərbaycan çox parlaq və koloritli ölkədir. Burada Avropa və Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər və məscidlər, dəbdəbəli saray və monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri və kurortları ilə məşhurdur”. 
Turizmin Azərbaycanda dövlət səviyyəsində iqtisadiyyatın prioritet sahələrindən biri kimi tanındığını deyən müəllif  onu da qeyd edir ki, bu, dövlətin iqtisadi, siyasi və sosial maraqlarının ifadə olunması üçün ən vacib alətlərdən biridir. Saytda bildirilir ki, Azərbaycan Prezidentinin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. Yazıda ölkə başçısının son olaraq, MDB dövlət başçılarının Soçi sammitində turizmlə bağlı verdiyi bəyanatlara geniş yer verilib. 
Müəllif daha sonra Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlərin  həyata keçirildiyini bildirir və qeyd edir ki, Bakıda təşkil olunan şopinq festivalları da (Baku Shopping Festival) bu baxımdan böyük önəm daşıyır.  Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda sayca ikinci şopinq festivalının keçirildiyini bildirən müəllif yazır ki, Azərbaycan rəhbərliyi turizm sektorunu inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirir.

18.10.2017 10:05 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo