Türkiyədə fövqəladə vəziyyət rejimi üç aylıq uzadıldı

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barədə qərar çıxarıb. 

Azadinform "Hürriyet"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) oktyabrın 16-da təqdim etdiyi qanun layihəsi qəbul edilib. 

Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək. 

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub. 

17.10.2017 22:43 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo