"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib.

Azadinform-un məlumatına görə, mərkəzi görüş oktyabrın 22-də "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək. 

Qarşılaşma saat 18:30-da başlanacaq. 

Tura oktyabrın 20-də "Dalğa Arena"da start veriləcək. Həmin gün "Səbail" və "İnter" komandaları üz-üzə gələcək. Ertəsi gün isə Gəncə şəhər stadionunda mövsümün ilk görüşü olacaq. Ot örtüyü yenilənən arenada "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək. Daha bir prinsipial qarşılaşma isə elə oktyabrın 21-də "Sumqayıt"la "Zirə" arasında olacaq. 

20 oktyabr (cümə)

“Səbail” – “İnter”

“Dalğa Arena”, 18:00


21 oktyabr (şənbə)

“Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu, 15:00

“Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”, 17:00


22 oktyabr (bazar)

“Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu, 18:30

Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

17.10.2017 20:36 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo