Nazirlik 20 mln. manatlıq istiqraz yerləşdirib

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 20 mln. manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor 18 sifariş təqdim edib.

Sifarişlərin qiyməti 94,9613 manat (10,7000%) – 97,1106 manat (6,0000%) olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 141 200 manat olub.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 95,9554 manat (6,5%), orta ölçülmüş qiyməti isə 96,1376 manat (8,1017%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 20 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 18 oktyabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

17.10.2017 19:16 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo