Rakka terrorçulardan azad edildi

Samir Soltanov/AZADİNFORM. Uzun zamandır İŞİD-in nəzarət altında əlində olan, terrorçuların "paytaxt"ı sayılan Suriyanın Rakka şəhəri azad edilib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb. Bildirilir ki, hal-hazırda Rakka bütünlüklə Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altındadır. 

17.10.2017 18:20 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo