Ərdoğan: Türkiyə enerjidə tədarükçü bir ölkə deyil

Ləman Hüseynzadə / AZADİNFORM. Polşada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarı Andjey Duda ilə görüşüb. 

Azadinform xəbər verir ki, görüşün ardından hər iki ölkə başçısı ortaq mətbuat konfransı təşkil edib.

Konfransda çıxış edən Türkiyə prezidenti bildirib ki, görüş çərçivəsində həm siyasi, həm də iqtisadi sahədə iş birliyindən danışılıb: “Sülh və həmrəylik şəraitində bir dostluğumuz var. Bir çox sektorda əlaqələrimizi inkişaf etdirmək mümkündür. Xüsusilə də, hazırda 80 milyon Türkiyənin, 38 milyon isə Polşanın əhalisi var. Bu ciddi potensial ikitərəfli ticarət həcmini artıra bilər. İndi 6 milyard dollar kimi bir səviyyədəyik. Amma bu rəqəm iki ölkə üçün aşağı göstəricidir. Bunu 10 milyard dollara çatdırmalıyıq”.

 

“Enerji mövzusunda da müzakirələr apardıq” deyən Ərdoğan əlavə edib ki, Türkiyə enerjidə tədarükçü bir ölkə deyil: “Biz tranzit nöqtəsində olan bir ölkəyik. Biz bir paylama mərkəziyik, belə bir xüsusiyyətimiz var. Polşanın da istehlakçı olmağından başqa, kömür mədənləri üçün də ciddi bir potensialı var. Enerjisinin bir qismini buradan almaq şansı var. Biz də enerjimizin bir qismini istilik elektrik stansiyaları vasitəsilə kömürdən almaq niyyətindəyik. Enerjidə xarici asılılığımızı azaltdıq, amma asılılıq çox pis bir şeydir.  Polşa çox yaşadı, amma indi onun küllərindən doğan bir ölkədir”.

17.10.2017 18:30 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo