Sumqayıtda xeyli sayda mərmi aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Z. Tağıyev qəsəbəsi ərazisində 3 ədəd mərminin olması barədə məlumat daxil olub.

ANAMA-dan Azadinform-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə, "Azərsun" Yağ zavodunun yaxınlığında "Azərsu" ASC tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib, 49 ədəd müxtəlif modelli partlamamış hərbi sursat (8 ədəd 125 mm-lik top mərmisi, 17 ədəd 122 mm-lik top mərmisi, 4 ədəd 100 mm-lik top mərmisi, 2 ədəd 85 mm-lik top mərmisi, 2 ədəd 115 mm-lik top mərmisi, 4 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 82 mm-lik minaatan mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah qumbarası) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

17.10.2017 18:00 / Baxılıb: 157 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo