"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu

Eşqin Nuruşov/AZADİNFORM. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. 

Mərkəzin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub. Azadinform xəbər verir ki, Gəncədə ilk dəfə təşkil edilən  müsabiqəsinin ötən gün final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə, “Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri:  1-ci yer “BioBone” layihəsi , 2-ci yer “Sevimli ixtisasım” ,  3-cü yer “HolaDost” .

Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu 

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

Məlumat üçün bildirək ki, müsabiqəyə 11 sentyabr tarixində start verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif,  o cümlədən  mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində  innovativ ideyaların tapılmasıdır. Müsabiqə eyni zamanda  bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib. 

Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. 

17.10.2017 17:07 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo