Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar

Eşqin Nuruşov/AZADİNFORM. Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri bu gün Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, 17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq verilib.

Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.

17.10.2017 16:30 / Baxılıb: 153 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo