Biz getdiyimiz yerlərə pul üçün getmirik Binəli Yıldırım

Ləman Hüseynzadə / AZADİNFORM. Baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin qrup iclasında çıxış edib.

Azadinform xəbər verir ki, Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanın Polşada səfərdə olması səbəbi ilə iclasda partiya rəhbərləri ilə özünün görüşdüyünü bildirib. 

Somalidə baş verənlərə diqqət çəkən nazir qeyd edib ki, orada yüzlərlə insan partlayış nəticəsində həyatını itirdi: “Saatlar sonra Somalidə yalnız Türkiyə var idi. Türkiyənin naziri, sağlamlıq qrupu var idi. Oradan 35 yaralı və 35 müşayiətçini anındaca Türkiyəyə gətirdik, müalicələrinə başladıq. Əgər Somalidə Türkiyənin yaratdığı xəstəxana olmasaydı o terror hadisəsində yaralananların müalicəsi edilməyəcəkdi. Biz getdiyimiz yerlərə dollar üçün, pul üçün getmirik, insanlıq üçün, qardaşlıq üçün gedirik. Bizim fərqimiz budur”.

17.10.2017 15:40 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo