Atletikonu hamımız yaxşı tanıyırıq

Samir Soltanov/AZADİNFORM. “Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq”. 

Azadinform xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib. Onun sözlərinə görə, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: “Atletiko”nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar”.

17.10.2017 15:00 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo