Rusiya Ermənistana sanksiya tətbiq edə bilər

Leyla Məhərrəmova / AZADİNFORM. Rusiya bazarında meydana çıxan türk pomidoru Ermənistanla Rusiya arasında skandal yaradıb.

Azadinform xəbər verir ki, bu barədə Jamanak qəzeti yazıb. Qeyd edilib ki, məsələ tək Türkiyə pomidorunda deyil. Belə ki, Ermənistan Avropa dövlətlərindən bəzi məhsulları idxal edir və onları Ermənistana məxsus yarlıqla Rusiyaya ixrac edir: Əgər Ermənistanın Türkiyədən idxal etdiyi pomidoru və Avropadan aldığı məhsulları öz məhsulu kimi Rusiyaya ixrac etməsi ortaya çıxsa, bu Rusiyanın Ermənistana sanksiya tətbiq etməsinə səbəb olacaq.

17.10.2017 12:21 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo