Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astarada Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Qeyd edək ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar olunan maddənin ümumi miqdarı 1819,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

17.10.2017 10:58 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo