Mal-qara oğruları yaxalanıb

Samir Soltanov/AZADİNFORM. Bir neçə rayonda mal-qara oğruları yaxalanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar. 

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar. 
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər, məhkum olunmuş Elvin Bəydəmirov tutulub.

16.10.2017 18:28 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo