Bakı Şopinq Festivalı çox möhtəşəm bir tədbirdir

Samir Soltanov/AZADİNFORM. “Bakı Şopinq Festivalı çox möhtəşəm bir tədbirdir”. 

Azadinform xəbər verir ki, bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Ceyms Uorlik bildirib. O qeyd edib ki, Bakıda olmadığı üçün, festivala qatıla bilməyir: “Buna görə təəssüflənirəm. Növbəti festivallarda mütləq iştirak edəcəyəm. Maraqlı sürpriz və sərfəli endirimlərdən yararlanacağam”.  

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

16.10.2017 17:33 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo