| |||||
“Ana yurdum, hər daşına üz qoyum” – Bilgəhdə Məmməd Araz günüSamir Soltanov/AZADİNFORM. Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məmməd Arazın doğum günü ilə bağlı "Ana yurdum, hər daşına üz qoyum..." adlı ədəbi-bədii gecə keçirilib. Azadinform xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açaraq deyib: “Bu gün Azərbaycan ədəbiyyatına misilsiz töhfələrini vermiş Məmməd Arazın anadan olduğu gündür. Yaşasaydı biz bu gün şairin 84 illiyini qeyd edərdik. Amma biz bu gün təəssüflənmirik, onsuzda həyat axıcıdır, əbədi deyil. Amma Məmməd Araz öz şeiriyyəti ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verdi ki, bugünkü tədbirimiz ona həsr olunub”. Sonra söz tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova deyib ki, “Bu gün biz Məmməd Arazın gecəsinə yığışmışıq. Ruhumuz mənən dincəldi. Ümid edirəm ki, bu gün Məmməd Arazın da ruhu şad oldu. Buna görə məktəbin direktoru Gülnaz xanıma ilk olaraq dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən ağır günlərini yaşayırdı. Təbii ki, bu da incəsənət, mədəniyyət sahəsinə də öz təsirini göstərmişdi. Belə ki, incəsənətdə bir sıra sahələr çox ağır günlərini yaşayırdı, dərin böhran içərisində idi. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə dirçəliş olduğu kimi məhz incəsənət, mədəniyyət sahəsində dirçəliş, çiçəklənmə baş verdi. Onun əməyinin nəticəsidir ki, biz bu gün burada dahi şairimizin gecəsini qeyd edirik”.
16.10.2017 16:32 / Baxılıb: 427 /
![]() Bu bölmədə ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |