Elmira Süleymanova: “Azərbaycanda insan hüquqları sahəsində çox böyük irəliləyişlər var”Adəm Abbaslı/AZADİNFORM. “Mən əminliklə deyirəm ki, Azərbaycanda insan hüquqları sahəsində yeni bir mərhələ ölkə prezidenti İlham Əliyev tərəfindən Milli Fəaliyyət Proqramının imzalanmasıdır. 20 il müstəqillik dövrümüzdə bu, 3-cü belə çox əhəmiyyətli, önəmli, güclü sənəddir. 1998-ci ildə ilk Dövlət Proqramı və 2006-cı ildə Milli Fəaliyyət Proqramı imzalandı. Bu gün müzakirə olunacaq sənəd də onların məntiqi davamıdır”. “Azadinform” xəbər verir ki, bu fikirləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri” mövzusunda keçirilən Dəyirmi masada bildirib. “Bu, yalnız söz deyil, bu, rəfdə qalan proqram deyil, işlək, dinamik, hamılıqla həyata keçiriləcək bir proqramdır” - deyə ombudsman qeyd edib. Digər tərəfdən, insan hüquqlarını təmin edən dövlət qurumlarının məsuliyyətinin artdığını bildirən E.Süleymanova deyib ki, burada, həmçinin hüquqi maarifləndirmə var və bu, böyük problemdir: “Amma biz bu sahədə də bütün imkanlarımızdan istifadə edərək insanların öz hüquq və azadlıqlarını öyrənməsi istiqamətində işlər görürük. Hətta sevindirici haldır ki, Avropa Şurasının baş katibi ölkə prezidenti İlham Əliyevə məktub göndərib və bu münasibətlə təbrik edərək bildirib ki, belə bir dövlət proqramının qəbul olunmasını alqışlayır və böyük ümidlər yaradır”.
25.01.2012 13:05 / Baxılıb: 60 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |