Mobil telefonların ölkəyə keçirilməsinin qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkəyə qanunsuz mobil telefon keçirmək istəyən şəxsi saxlayıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən 8 ədəd "Kgtel A310", 15 ədəd "JSYES 310", 5 ədəd "JSYES 1207T" markalı mobil telefonlar və həmin telefonlara aid 24 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

16.10.2017 12:00 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo