Xızıda 137 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Adəm Abbaslı/AZADİNFORM. Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Azadinform-a daxil olan məlumata əsasən, oktyabrın 15-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 137 ədəd partlamamış hərbi sursat (PHS), 49 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 400 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 195 000 kv.m (19.50 ha) ərazi yoxlanılmışdır.

Ümumiyyətlə, 44 gün ərzində 12 415 ədəd partlamamış hərbi sursat (PHS), 5 158 ədəd partlamış-yanmış sursat qalıqları və 37 870 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 46 672 328 kv.m (4 667 ha) ərazi yoxlanılıb.

16.10.2017 09:45 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo