Astronomlar 6 yeni qalaktika kəşf edib

Çinin Elmi-Texnoloji Universitetinin professoru Van Tsunsyanın başçılıq etdiyi Çin, ABŞ və Çilidən olan bir qrup alim kosmosda Böyük Partlayışdan sonra 550-800 milyon il ərzində formalaşan 6 yeni qalaktika kəşf edib.

Azadinform xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Astronomların qənaətincə, bu kəşf reonizasiya dövrünə aid qalaktikaların müşahidələri sahəsində irəliləyiş olub. Bundan əlavə, kəşf ulduzların yaranma prosesinin öyrənilməsinin də əsasını qoya bilər.

Bu ilin iyulunda bir qrup hindistanlı astronom kainatda ən böyük qalaktikaların yığışmasını aşkarlayıblar. 

15.10.2017 12:18 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo