Bacısını qətlə yetirən şəxs azadlıqdan 14 il məhrum olunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülməmmədov Ruslan Rafiq oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.

Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.

R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. (report)

14.10.2017 20:54 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo