Avtobusda sərnişinin 20 manatını oğurlayıb qaçarkən saxlanıldı

Samir Soltanov/AZADİNFORM. Bakıda avtobuslarda cibgirlik edən şəxslər tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində avtobusdan düşən bir nəfərin qaçıb oradan uzaqlaşmağa çalışması, digərinin isə onu təqib etməsi həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib və dərhal görülən tədbirlərlə onlar saxlanılıblar. 

Məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıb. 
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlayıb. 
A.Ağaxanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə oktyabrın 10-da eyni üsulla Bakı şəhər sakini olan bir qadının içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanılıb.

14.10.2017 12:15 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo